İranda etirazlar yeni, daha təhlükəli mərhələyə keçə bilər.
Medianews.az xəbər verir ki, şah rejiminin varisi Rza Pəhləvi açıq çağırış edərək etirazçıları şəhərlərin mərkəzlərini ələ keçirməyə və onları nəzarətdə saxlamağa səsləyib.
Pəhləvi bildirib ki, məqsəd artıq pərakəndə aksiyalar deyil, koordinasiyalı və ümummilli təzyiq mexanizmi yaratmaqdır. Onun sözlərinə görə, etirazçılar müxtəlif marşrutlarla şəhər mərkəzlərinə doğru hərəkət etməli, ayrı-ayrı qruplar isə sonradan birləşməlidir.
Bununla yanaşı, şah ailəsinin varisi İran işçilərinə də müraciət edərək ümumi tətil elan etməyə çağırıb. Bu çağırış faktiki olaraq etirazların spontan xarakterdən çıxarılaraq rejimə qarşı planlı və sistemli mübarizə mərhələsinə keçirilməsini nəzərdə tutur.