Rusiyanın Kamçatka yarımadasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, hadisə ilə bağlı məlumatı Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən təxminən 369 kilometr uzaqlıqda yerləşib. Zəlzələnin mənbə nöqtəsi isə 26,5 kilometr dərinlikdə formalaşıb.
Hazırda dağıntılar və zərərçəkənlərlə bağlı heç bir məlumat yoxdur.