Medianews.az
Rusiyada
78 baxış

Rusiyada GÜCLÜ ZƏLZƏLƏ

Rusiyanın Saxalin vilayətinə daxil olan Kuril adaları sahillərində güclü — 7,6 bal gücündə — zəlzələ qeydə alınıb.

Bu barədə məlumatı Yujno-Saxalinsk seysmik stansiyası yayıb.

Seysmoqrafların verdiyi məlumata görə, təkanlar Cənubi Kuril adalarında 4 bal gücündə hiss olunub. Zəlzələnin episentri 20 kilometr dərinlikdə yerləşib./Ajans.az/

Bizə qoşulun