Rusiya və Hindistan kosmosun tədqiqi sahəsində böyük əməkdaşlığı elan edəcəklər.
Medianews.az xəbər verir ki, bu barədə Roskosmos-un baş direktoru Dmitri Bakanov deyib.
"Bir neçə gündən sonra biz raket mühərrikləri üçün birgə proqram elan edəcəyik", - o deyib.
O, həmçinin bildirib ki, müzakirələr perspektivli Rusiya Orbital Stansiyası ilə Hindistanın Bharatiya Antarikşa Stansiyası arasında qarşılıqlı fəaliyyətə yönələcək.
Medianews.az