Medianews.az
Rusiya uçuruma gedir -
56 baxış

Rusiya uçuruma gedir - ŞOK ETİRAF

Vladimir Putinin 1990-cı illərin ortalarından etibarən yaxın silahdaşı olan Dmitri Kozak Rusiya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən ayrılmazdan əvvəl iqtisadi, məhkəmə və hüquq-mühafizə islahatları üzrə geniş plan hazırlayıb.

Musavat.com xəbər verir ki, bu barədə RBK agentliyi məlumat yayıb.

Məlumata əsasən, sənəddə Rusiyanın bir sıra qlobal və daxili çağırışlarla və təhdidlərlə üz-üzə olduğu vurğulanıb.

Sənəddə tam ticarət embarqosu riski, texnoloji geriləmə, sosial və istehsal infrastrukturlarının tənəzzülü fonunda həyat səviyyəsinin aşağı düşməsi, habelə vətəndaşların şəxsi hüquq və maraqlarının gözardı edilməsi əsas təhlükələr kimi göstərilir.

Kozakın fikrincə, bu çağırışlara cavab olaraq Rusiyada “əhəmiyyətli dərəcədə yenilənmiş və cəlbedici demokratik inkişaf modeli” formalaşdırılmalıdır. O, bunun Qərb demokratiyalarının səhvlərini təkrarlamadan mümkün ola biləcəyini vurğulayır.

Təklif olunan islahatlar çərçivəsində zorakılıqla əlaqəli olmayan iqtisadi və digər cinayətlərin geniş miqyasda dekriminallaşdırılması nəzərdə tutulur. Eyni zamanda sübutların saxtalaşdırılması, qəsdən yalan ifadə, bilə-bilə yalan ittiham kimi əməllərə görə cinayət məsuliyyətinin sərtləşdirilməsi təklif edilir.

Sənəddə həmçinin 2022–2025-ci illərdə fiziki və hüquqi şəxslərin aktivlərinin dövlət xeyrinə müsadirəsi ilə bağlı qəbul edilmiş qərarların yenidən nəzərdən keçirilə biləcəyi qeyd olunur.

Bizə qoşulun