Rusiya əsgərlərinin Ukrayna cəbhəsində indi də at belində hücuma keçdiyi bəlli olub.
Medianews.az-ın məlumatına görə, bununla bağlı Ukrayna tərəfinin dron zərbələri zamanı qeydə aldığı görüntüləri paylaşan politoloq Şahin Cəfərli bildirib ki, 3 il 10 ay əvvəl Rusiya Ukraynaya qarşı əməliyyata uzunluğu 60 kilometri keçən tank-zirehli texnika kolonu ilə başlamışdı: “Sovet dövründən qalma on minlərlə hərbi texnikanın saxlandığı bütün anbarlar bu müddətdə boşalıb. Yeni istehsal isə tələbatdan çox-çox azdır. Ona görə Rusiya hücumu süvarilərlə davam etdirir”.