Müğənni Amina Şirinin anası, tanınmış qarmon ifaçısı Xatirə Mürsəl görünüşü ilə diqqət mərkəzinə düşüb.
Görüntülərdə Xatirə Mürsəli görənlərin bir çoxu onu Amina Şirinin böyük bacısı zənn edib.
Gənc görünüşü, baxımlı tərzi və gözəlliyi ilə seçilən sənətçi izləyicilərin marağına səbəb olub.
Sosial şəbəkələrdə yayılan fotolar və videolar altında sənətçinin anasının gənc qalmasını tərifləyən çoxsaylı rəylər yazılıb. İzləyicilər onun həm xarici görünüşünə heyran qaldıqlarını bildiriblər.
Qeyd edək ki, Xatirə Mürsəl uzun illərdir qarmon ifaçısı kimi tanınır./Milli.az/