Medianews.az
Ronaldunun bioloji yaşı açıqlanıb
86 baxış

Ronaldunun bioloji yaşı açıqlanıb

"Ən-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun bioloji yaşı 28-dir.

Oxu.Az bildirir ki, bu barədə məlumatı "Whoop" şirkəti sosial şəbəkə hesabında paylaşıb.

Müvafiq araşdırma aparan şirkət 40 yaşlı Ronaldunun bioloji baxımdan özündən 12 yaş kiçik olduğu qənaətinə gəlib.

Portuqaliyalı ulduz bu xəbərə sosial şəbəkə hesablarında "məlumatlar yalan danışmır" yazaraq reaksiya verib.

Qeyd edək ki, karyerasında 954 qol vuran Ronaldu hazırda dünya futbol tarixinin ən yaxşı bombardiridir.

Bizə qoşulun