Medianews.az
Ronaldonun illər əvvəlki görüntüləri yenidən gündəmdə -
116 baxış

Ronaldonun illər əvvəlki görüntüləri yenidən gündəmdə - FOTO

Portuqaliyalı futbol ulduzu Kristiano Ronaldonun karyerasının ilk illərinə aid olduğu bildirilən görüntülər sosial şəbəkələrdə yenidən geniş müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, arxivdən yayılan kadrlarda Ronaldonun dostları ilə əyləncə məkanında vaxt keçirdiyi görünür.

Futbolçunun gənclik illərindəki görünüşü azarkeşlərin diqqətini cəlb edib və onun illər ərzində keçdiyi dəyişiklik maraqla qarşılanıb.

Arxivdən yayılan kadrlarda Ronaldonun dostları ilə əyləncə məkanında vaxt keçirdiyi görünür. Futbolçunun gənclik illərindəki görünüşü azarkeşlərin diqqətini cəlb edib və onun illər ərzində keçdiyi dəyişiklik maraqla qarşılanıb.

Peşəkar karyerasına “Sporting Lissabon”da başlayan Ronaldo daha sonra “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus” və “Əl-Nəsr” komandalarının formasını geyinib.

Qazandığı titullar və qırdığı rekordlarla dünya futbolunun ən uğurlu oyunçularından biri hesab edilən Ronaldonun nadir arxiv görüntüləri futbolsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Medianews.az

 

Bizə qoşulun