Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Medianews.az Manşet.az-a istinadla bildirir ki, qərar Sabunçu Rayon Məhkəməsində çıxarılıb. Məhkəmə müğənninin vəkili Hikmət Əliyevin vəsatətini təmin edib. Rəqsanə barədə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Xatırladaq ki, Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanıb və Rəqsanə İsmayılova təqsirləndirilən qismində istintaqa cəlb olunub. Vətəndaşların 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Rəqsanə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.
Son məlumata görə, müğənni ilə zərərçəkənlər məhkəmədə razılığa gəliblər və Rəqsanə İsmayılova dəymiş ziyandan 100 min manatı ödəyib.