Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) paylaşım edib.
Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyirdi.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunmuşdu. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.