Məşhur oryantal rəqqasəsi Asena iş adamı Hasan Dere ilə 8 illik evliliyini yaxın günlərdə bitirdikdən sonra ilk dəfə televiziya proqramında şəxsi həyatından və peşmanlıqlarından danışıb.
Medianews.az xəbər verir ki, boşanmadan sonra yenidən səhnələrə qayıdan sənətçi bildirib ki, uşaqlığında rəqsə marağı olmasa da, qonşusunu izləyərək bu sənəti sevib.
Asena bildirib ki, ən böyük peşmanlığının İngiltərə Kral Ailəsinin toy dəvətinə qatıla bilməməsidir:
“Xüsusi olaraq çağırılmışdım, amma gedə bilmədim. Aylarla ağladım. Həm Kral Ailəsi, həm də şəxsi sifariş kimi gələn bir dəvət idi və rəqsimə olan sevgiləri məni çox həyəcanlandırmışdı”.
Sənətçi hadisənin 2000–2001-ci illərdə baş verdiyini və həyatında dərin iz buraxdığını söyləyib.
Medianews.az
