“Real”ın hücumçusu Kilian Mbappenin bazar günü La Liqa çərçivəsində “Alaves”ə qarşı keçiriləcək oyunda iştirakı böyük sual altındadır.
Publika.az xəbər verir ki, buna səbəb fransız futbolçunun dizində davam edən problemlərdir.
AS nəşrinin məlumatına görə, futbolçu son məşqi komandadan ayrı, qapalı məkanda keçirməyə məcbur olub. Mbappenin meydana çıxıb-çıxmayacağı ilə bağlı yekun qərar oyun saatlarında vəziyyəti qiymətləndirildikdən sonra veriləcək.
Bu durum Madrid klubunda ciddi narahatlıq doğurur. Statistikaya əsasən, “Real” əsas bombardirinin məhsuldarlığından xeyli dərəcədə asılıdır. Mbappenin qol vurmadığı oyunlarda madridlilər onun iştirak etdiyi son yeddi matçdan cəmi ikisində qələbə qazana biliblər.