Medianews.az
“Real” Endriki icarəyə
77 baxış

“Real” Endriki icarəyə göndərdi

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Endrik Fransanın "Lion" klubuna icarə əsasında transfer olunub.

APA xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşma 30 iyun 2026-cı ilədək qüvvədə olacaq.

19 yaşlı braziliyalı futbolçu Endrik karyerasına "Palmeyras" klubunda başlayıb. O, Braziliya təmsilçisinin heyətində 82 oyuna çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə verib. Futbolçu 2024-cü ildə “Real”a transfer olunub. Cari mövsümdə Madrid klubunun heyətində müxtəlif turnirlərdə 3 oyunda iştirak edib və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Bizə qoşulun