Medianews.az
Ramiz Mehdiyevin xəyanət
57 baxış

Ramiz Mehdiyevin xəyanət FOTOLARI YAYILDI

Ramiz Mehdiyevin və oğlu Teymur Mehdiyevin xəyanət fotoları yayılıb. 

Medianews.az xəbər verir ki, hazırda vətənə xəyanət ittihamı ilə ev dustağı olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev vəzifədə olduğu vaxtlarda Rusiyaya etdiyi səfərlərdə, həmçinin orada keçirdiyi açıq və gizli görüşlərdə oğlu Teymur Mehdiyev də iştirak edib. 

Ramiz Mehdiyev Rusiyada MDB Təhlükəsizlik Şurasının iclaslarında dəfələrlə iştirak edib. O, bu görüşlərə oğlu Teymur Mehdiyevi də aparırmış. Hətta Teymur Mehdiyevi diplomatik masada, yüksək səviyyəli nümayəndələrlə, o cümlədən Nikolay Patruşevlə eyni sırada əyləşdirirmiş. 

Bütün bu faktlar Ramiz Mehdiyev və oğlu Teymur Mehdiyevin xəyanət dosyesinin zənginliyindən xəbər verir. 

Fotolar "Konkret.az"a məxsusdur. 

Bizə qoşulun