Medianews.az
Ramaldanovun qəzaya düşən qohumlarının vəziyyəti necədir? -
65 baxış

Ramaldanovun qəzaya düşən qohumlarının vəziyyəti necədir? - AÇIQLAMA

Qusarın Yuxarı Ləgər kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, ötən gün saat 15:00 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdə bir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

2022-ci il təvəllüdlü (hər ikisi kişi cinsli) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Vəziyyətləri ağır qiymətləndirilən 2017-ci il (kişi) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilən 1966-cı il (qadın) təvəllüdlü şəxs iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib”.

Xəstəxanadan həmçinin bildirilib ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Xatırladaq ki, Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir.

Bizə qoşulun