Medianews.az
“Raketlərimiz hədəfə tuşlanıb,
52 baxış

“Raketlərimiz hədəfə tuşlanıb, hamısını batıracağıq”

“İran Silahlı Qüvvələri lazım gələrsə, Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bütün gəmiləri məhv etməyə qadirdir”.

Medianews.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Məqsədyönlülük Şurasının üzvü Möhsün Rezai bildirib.

O, raket buraxıcı sistemlərinin artıq gəmilər üzərində sınaqdan keçirildiyini qeyd edib:

“Raketlərimiz artıq hədəfə tuşlanıb, hamısını batıracağıq. Heç kim bizdən qaça bilməyəcək. Hazırkı atəşkəs rejiminin müddətinin uzadılması İranın maraqlarına uyğun deyil və ABŞ-yə qarşı təzyiqlər daha da artırılmalıdır. Rəsmi Tehran eyni vaxtda həm atəşkəsi qorumaq, həm də danışıqlar aparmaq imkanına malikdir”.

Xatırladaq ki, aprelin 13-də ABŞ Prezidenti Donald Tramp dünya neft ixracının 30 faizə qədərinin daşındığı Hörmüz boğazının blokadaya alındığını elan edib. Bu qərardan sonra dünya bazarında neftin qiyməti kəskin artaraq bir barel üçün 100 dolları ötüb. ABŞ tərəfi isə İrana humanitar yardım daşıyan hər hansı gəminin qarşısını alacağını bəyan edib.

Bizə qoşulun