Medianews.az
Qusarda gənc qadının qətlinin DƏHŞƏTLİ TƏFƏRRÜATI:
65 baxış

Qusarda gənc qadının qətlinin DƏHŞƏTLİ TƏFƏRRÜATI: Boğazı qayçı ilə kəsilib

Qusarın Hil kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Belə ki, keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilən 32 yaşlı Diana Təyibovanın yaxınları jurnalistlərə açıqlama veriblər.

Hadisə barədə danışan qohumlardan biri deyib ki, qadının meyiti kənddəki boş evlərdən birində tapılıb:

"Boğazını qayçı ilə kəsiblər. Ağzı, əl və ayaqları da bağlanıbmış".

"Diananı hadisədən bir həftə əvvəl mağazada görmüşdüm. Həmin gün onunla bir az söhbətləşdik. Diana yoldaşı ilə ayrılmışdı. Mənə əri ilə barışmaq istədiyini, uşaqlarının tək qaldığını dedi. Üç övladı vardı", - deyə mərhumun başqa bir yaxını bildirib.

Ətraflı Baku TV-nin süjetində:

15:52

Qusarın Hil kəndində keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilən 32 yaşlı Diana Təyibovanın yaxınları jurnalistlərə açıqlama veriblər.

Hadisə barədə danışan qohumlardan biri deyib ki, D.Təyibovanın meyiti kənddəki boş evlərdən birində tapılıb:

"Boğazını qayçı ilə kəsib. Ağzı, əl-ayağı da bağlanıbmış".

"Düşmən də bunu etməz, can verməyə qoymayıb", - deyə mərhumun başqa bir yaxını bildirib.

Qətlə yetirilən qadının anası isə cinayəti törədən şəxsə ən ağır cəza verilməsini istəyib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

12:12

Dekabrın 16-da səhər saatlarında Qusar rayon Hil kəndinin ərazisində yerləşən evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Medianews.az Lent.az-a istinadən xəbər verir ki, polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri, kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunub və o saxlanılıb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Bizə qoşulun