"Dekabrın 8-12-də quş qripi xəstəliyinə qarşı genişmiqyaslı epizootoloji monitorinq aparılacaq.
Medianews.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Monitorinq ovçuluq təsərrüfatlarını, milli parkların su-bataqlıq və dənizsahili ərazilərini, digər riskli sahələri əhatə edəcək.