Medianews.az
Qubernator iki islamçı qurumun terror təşkilatı kimi tanınması haqda SƏRƏNCAM İMZALADI
53 baxış

Qubernator iki islamçı qurumun terror təşkilatı kimi tanınması haqda SƏRƏNCAM İMZALADI

ABŞ-ın Florida ştatının qubernatoru Ron De Santis Amerika-İslam Münasibətləri Şurasının (CAIR) və “Müsəlman qardaşları” təşkilatının ştat ərazisində xarici terror təşkilatı kimi tanınması haqqında sərəncam imzalayıb.

Politoloq Xaqani Cəfərli Medianews.az-a bildirib ki, sərəncamda sözügedən qurumların “HƏMAS”, “Hizbullah” və digər Fələstin qrupları əlaqəli olduğu vurğulanıb. Sərəncama əsasən, Florida Hüquq Mühafizə Departamentinə və Florida Yol Patruluna bundan sonra “terror təşkilatlarının qeyri-qanuni fəaliyyətinin qarşısını almaq” səlahiyyəti verilib.

Politoloq qeyd edib ki, ABŞ Konqresinin bu həftə “Müsəlman qardaşları”nın terror təşkilatı kimi tanınması haqda qanun qəbul edəcəyi haqda da məlumatlar dolaşır.

Medianews.az

Bizə qoşulun