Medianews.az
Uşağını öldürüb
276 baxış

Uşağını öldürüb gizlətdi

Rusiyada ana bir yaşı tamam olmamış qızını boğub öldürüb daha sonra meyitini divanda gizlədib.

Medianews.az xəbər verir ki, hadisə noyabrın 7-nə keçən gecə, Sankt-Peterburqda baş verib.

Uşağın meyitini noyabrın 19-u axşam saatlarında atası tapıb.

Məlumata görə, 29 yaşlı sərxoş ana qızını boğub, sonra meyiti çantada gizlədərək divana qoyub və evi tərk edib.

Qadın  həbs edilib.

Məlum olub ki, qadın düzgün valideyn məsuliyyəti daşımadığı üçün qeydiyyatda olub. Müstəntiqlər uşaqların müdafiəsi orqanlarının niyə daha əvvəl müdaxilə etmədiyini və körpəni qorumadığını araşdıracaqlar.

Medianews.az

Bizə qoşulun