Son günlər bazarlarda qiymətlərin artması cəmiyyətdə geniş müzakirələrə səbəb olduğu halda, bəzi şou-biznes nümayəndələrinin bu qiymətlərdən xəbərsiz olması diqqət çəkib.
"Yeni Sabah" xəbər verir ki, meyxanaçı Vüqar Əbdülov “Rəngarəng” verilişində qonaq olarkən gündəlik ərzaq məhsullarının qiymətlərini bilmədiyini etiraf edib. O, kartofun qiymətindən xəbərsiz olduğunu deyərək bunu ailə üzvlərinin alış-veriş etməsi ilə əlaqələndirib:
“Bizdə uşaqlar artıq böyüyüblər, alış-verişi onlar edirlər. Kartofun qiymətini bilmirəm. Onsuz da neçəyə olsa da alınacaq da…”
Bu açıqlama verilişin aparıcısı Zaur Nəbioğlunun təəccübünə səbəb olub. Aparıcı şou-biznes nümayəndələrinin gündəlik xərclərdən xəbərsiz qalmasını düzgün hesab etmədiyini bildirib:
“Mən hər şeyi özüm alıram. Qiymətləri də bilirəm. Ət almağa da özüm gedirəm. Hətta alış-verişdən sonra ümumi çekə də baxıram. Göyərtinin dəstəsi isə 25 qəpikdir, bəzən axşambazarı olanda hətta 20 qəpiyə də almaq olur. Bunu da bilirəm”.