Yay mövsümünün faydalı göyərtilərindən olan pərpətöyün yüksək Omeqa-3 tərkibinə görə "torpağın balığı" adlandırılır.
Milli.Az xəbər verir ki, bu bitki ürək-damar sağlamlığını dəstəkləyir, immuniteti gücləndirir və aşağı kalorili olduğu üçün pəhriz saxlayanlar üçün uyğun hesab olunur.
Pərpətöyün pis xolesterinin azalmasına, qanda şəkərin tənzimlənməsinə və həzm sisteminin yaxşı işləməsinə kömək edir. Tərkibindəki antioksidantlar və C vitamini dərinin və sümüklərin sağlamlığı üçün də faydalıdır.
Lakin böyrək daşı problemi olan şəxslərin bu göyərtidən ehtiyatla istifadə etməsi tövsiyə olunur.