Medianews.az
Qışda şam yeməyi bu vaxt
50 baxış

Qışda şam yeməyi bu vaxt yeyilməlidir

“Qışda yuxunu pozmamaq üçün axşam yeməyini saat 18-7-dən gec olmayaraq yemək lazımdır”.

Medianews.az xəbər verir ki, bunu diyetoloq Valentina Palazzo deyib.

Mütəxəssisin sözlərinə görə, qısa qış günlərinin başlaması ilə melatonin (yuxu hormonu) daha tez istehsal olunmağa başlayır və orqanizm yuxuya daha tez hazırlaşır. Bu zaman bədəninizi ağır qidalarla yükləsəniz, həzm istirahətə mane olacaq.

Valentina Palazzo xəbərdar edir ki, gec yemək tez-tez narahat yuxuya, şişkinliyə, ertəsi gün yorğunluğa və əsəbiliyə səbəb olur.

Axşam yeməyində nə yediyiniz də vacibdir: ən yaxşısı yağsız ət və ya balıq, qaynadılmış və ya pörtlədilmiş tərəvəzlər və bəzi mürəkkəb karbohidratlar əlavə etməkdir.

Bununla belə, ən yaxşısı şirniyyat və alkoqoldan uzaq durmaqdır, çünki onlar həzmi çox yükləyir və yuxuya mane olur.

Medianews.az

 

 

Bizə qoşulun