Rəsmi dövlət qəzetləri olan "Azərbaycan" və "Xalq" qəzetlərinə abunə yazılışı üçün ödənişin məbləği azaldılıb.
“Yeni Sabah”-ın əldə etdiyi xəbərə görə, bu, nəşrlərin həftəlik çapının azaldılması ilə əlaqədardır.
Məlumata görə, rəsmi dövlət qəzetləri əvvəllər həftədə 6 gün çap olunublar, amma ötən aydan bəri 5 günlük iş rejiminə keçiblər.
Əvvəllər abunə haqqı 1 aylıq 15,60 manat, 3 aylıq 46,80 manat, 6 aylıq 93,60 manat və 1 illik isə 187,20 manat olub.
İndi isə abunə haqqı 1 aylıq 13 manat, 3 aylıq 39 manat, 6 aylıq 78 manat və 1 illik isə 156 manat müəyyənləşib.