Medianews.az
Qəzaya uğrayan təyyarənin qalıqları aşkarlandı -
85 baxış

Qəzaya uğrayan təyyarənin qalıqları aşkarlandı - Bu ölkədə

İndoneziyanın şərqində yerləşən Sulavesi adasında qəzaya uğrayan təyyarə ilə bağlı axtarış-xilasetmə əməliyyatı davam edir.

Musavat.com xəbər verir ki, xilasedicilər dağlıq ərazidə bir cəsəd və təyyarəyə aid çoxsaylı qalıqlar aşkar ediblər.

Rəsmi məlumata əsasən, təyyarə sonuncu dəfə yanvarın 17-də saat 13:17-də Maros rayonunun Leanq-Leanq dağlıq ərazisi üzərində qeydə alınıb. Göyərtədə 8 ekipaj üzvü və Dənizçilik və Balıqçılıq Nazirliyinə məxsus 3 sərnişin olub. Onlar dəniz nəzarəti missiyası çərçivəsində uçuş həyata keçirirmişlər.

Bizə qoşulun