Medianews.az
Qətər əmirinin 360 milyon dollarlıq təyyarəsi – uçan saray
212 baxış

Qətər əmirinin 360 milyon dollarlıq təyyarəsi – uçan saray

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin şəxsi istifadəsində olan Boeing 747-8 BBJ dünyanın ən bahalı hökumət və VIP təyyarələrindən biri hesab olunur.

Milli.Az xəbər verir ki, dəyəri təxminən 360 milyon dollar olan bu nəhəng hava gəmisinin interyeri tam fərdi dizaynla hazırlanıb.

Təyyarə dövlət səfərləri, yüksək səviyyəli beynəlxalq görüşlər və xüsusi diplomatik missiyalar üçün istifadə olunur.

Boeing 747-8 BBJ modelinin salonunda:

geniş yataq otaqları

konfrans zalı

şəxsi kabinet

kral süitası

lüks istirahət otaqları

yüksək təhlükəsizlik və rabitə sistemləri

yerləşdirilib.

Qətər əmirinin bu təyyarəsi həm ölçüsünə, həm də daxili təchizatına görə dünyada "uçan saray" kimi tanınır.

Bizə qoşulun