Medianews.az
"Qalatasaray"ın 7 oyunçusu
43 baxış

"Qalatasaray"ın 7 oyunçusu derbini buraxacaq

"Qalatasaray" bu gün "Fənərbağça" ilə keçiriləcək İstanbul derbisinə ciddi itkilərlə çıxacaq.

Axar.az xəbər verir ki, "sarı-qırmızılar"ın 7 futbolçusu mühüm qarşılaşmanı buraxacaq.

Vilfrid Sinqo, İsmail Yakobs, Kaan Ayhan və Berkan Kutlu zədə səbəbindən, Şallai qırmızı kart cəzasına görə, Eren Elmalı ilə Metehan Baltacı isə mərc oyunlarında iştirak etdikləri üçün "Çobani" stadionunda baş tutacaq matçda oynamayacaqlar.

Zədədən sonra bərpa prosesini tamamlayan Viktor Osimhen, Yunus Akgün və Mario Leminanın isə bu matçda şans qazanacağı gözlənilir. Osimhen və Leminanın start heyətində yer alacağı, Yunusun isə matça ehtiyat oyunçular skamyasında başlayacağı gözlənilir.

Xatırladaq ki, İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bizə qoşulun