Türkiyənin nəhəng klubu Qalatasaray 22 yaşlı futbolçu Yusuf Demir ilə yollarını ayırmaq qərarına gəlib.
Medianews.az xəbər verir ki, sarı-qırmızılı rəhbərlik oyunçunun gözləntiləri doğrultmayan performansı səbəbilə ayrılığın rəsmi şəkildə təsdiqləndiyini bildirib.
Məlumata görə, Yusuf Demir karyerasını Avstriyada davam etdirəcək. Gənc futbolçunun bu gün Rapid Vyana ilə müqavilə imzalaması gözlənilir.
Digər tərəfdən, Qalatasaray UEFA-ya Çempionlar Liqası üçün heyət siyahısını sabah axşam təqdim edəcək. Klubdan verilən məlumata əsasən, siyahıya yeni transferlər Noa Lanq və Jhon Arias Asprillanın daxil ediləcəyi bildirilir.
Medianews.az