ABŞ-li sahibkar İlon Mask tarixdə sərvəti 800 milyard dolları keçən ilk şəxs olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Məlumata görə, bu, raket korporasiyası olan "SpaceX"in onun "xAI" şirkətini əldə etməsindən sonra baş verib. Nəşrin hesablamalarına görə, bu sövdələşmə biznesmenin xalis sərvətini 84 milyard dollar artıraraq, rekord 852 milyard dollara çatdırıb.
Qeyd olunur ki, Maskın sərvəti son aylarda üç dəfə oxşar hallarla üzləşib.
Oktyabr ayında "DOGE"dən istefa verdikdən və "Tesla" səhmlərinin kəskin artımından sonra o, 500 milyard dollarlıq sərvətə sahib ilk şəxs olub.
Daha sonra, dekabrın 15-də Mask 600 milyard dollarlıq sərvətə sahib olan ilk şəxs kimi tarixə düşüb.
Dekabrın 20-də isə Mask 700 milyard dollarlıq həddi keçərək, rekord vurub.