Medianews.az
4 saat dənizdə üzüb ailəsini xilas etdi -
125 baxış

4 saat dənizdə üzüb ailəsini xilas etdi - VİDEO

Avstraliyada 13 yaşlı Ostin Appelbi güclü küləyin açıq dənizə çəkib apardığı anası, iki qardaşı və bacısını xilas etmək üçün 4 saat dalğalı sularda üzməli olub. 

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, hadisə Avstraliya sahillərində baş verib. 

Belə ki, yeniyetmənin ailəsi Qərbi Avstraliya sahillərində qayıq sürərkən güclü külək onları açıq dənizə çəkib aparıb. 

Əvvəlcə yeniyetmə kömək çağırmaq üçün öz qayığı ilə sahilə qayıtmaq istəyib. Lakin qəflətən onun qayığı su ilə dolmağa başlayıb. Bu zaman oğlan öz gücü ilə 4 kilometr üzməyə qərar verib. İlk 2 saatı o, xilasedici jiletlə, daha sonra isə jiletsiz üzməli olub. 

Sahilə çatdıqdan sonra daha 2 km məsafə qaçaraq baş verənlər barədə məlumat verə bilib. Yerli vaxtla saat 18:00-da axtarış-xilasetmə əməliyyatı təşkil olunub. 2,5 saatdan sonra oğlanın itkin düşmüş qohumlarını tapmaq mümkün olub. Ailə üzvlərinin hamısı xilasedici jiletdə olub, bu da onlara xilas olmağa imkan verib. 

Maraqlıdır ki, Ostin bu hadisədən bir neçə saat əvvəl üzgüçülük imtahanından keçə bilməyib. 


Bizə qoşulun