“Qalatasaray” heyətini ispan futbolçu ilə gücləndirməyi planlaşdırır.
Medianews.az xəbər verir ki, Türkiyə çempionu Adama Traore ilə yaxından maraqlanır.
“Cim-bom” rəhbərliyi mövsüm sonunda azad agent statusuna yiyələnəcək ispanla artıq qarşıdakı həftə danışıqlara başlamaq niyyətindədir. Adamanın “Vest Hem”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, “Barselona”nın yetirməsi və sabiq futbolçusudur. Bununla yanaşı, İspaniya millisinin üzvü “Aston Villa”, “Midlsboro”, “Vulverhempton” və “Fulhem” klublarında oynayıb.//Trend