Medianews.az
Qadının burnundan görün nə çıxdı -
47 baxış

Qadının burnundan görün nə çıxdı - 35 ildir belə yaşayıbmış...

Argentinada yaşayan iki uşaq anası Candela Reybauld adlı qadın nəfəs problemi ilə həkimə müraciət edib.

Qadın 35 ildən sonra burun tutulmasının səbəbini öyrənib. Sağ burnu ilə demək olar ki, nəfəs ala bilməyən qadın bunun anadangəlmə problem olduğunu düşünsə də, müayinə nəticələrində böyük sürpriz ilə qarşılaşıb: Onun 35 ildir burnunda yapışqan lent parçası qalıbmış.

Bu lent parçası Candela doğulduğu zaman tənəffüs çətinliyi səbəbilə qoyulan burun borusunda qalmış ola bilər. Lent çıxarıldıqdan sonra qadının nəfəsalması dərhal yaxşılaşıb.

Candela illərdir bu problemə öyrəşdiyini deyib:

"Doğulduğum gündən sağ tərəfdən nəfəs almaq çətin idi. İdman edəndə, yatanda hava keçmirdi. Buna normal kimi baxırdım"./Milli.az/

Bizə qoşulun