İtaliyada qadın qətllərinə ömürlük həbs cəzası gətirən qanun parlamentdə təsdiqlənib.
Medianews.az xəbər verir ki, qanun 25 noyabr – Qadına qarşı zorakılığa qarşı beynəlxalq mübarizə günü qüvvəyə minib.
Baş nazir Corcia Meloni rəhbərliyində hazırlanan qanunda qadın qətllərini ayrıca cinayət kimi tanınır. Qadınlara qarşı zorakılığa görə ağır cəzalar nəzərdə tutulur. Qanun Senatda və Nümayəndələr Palatasında yekdilliklə qəbul edilib.
Baş nazir Meloni qanunun qəbulunu “qadınlara qarşı zorakılığa qarşı siyasətin vahid mesajıdır” deyə qiymətləndirib.
Qanuna görə, qadınlar yalnız cinsi səbəbdən, nifrət və ya ayrı-seçkilik motivi ilə öldürüldükdə, təqsirləndirilən ömürlük həbs cəzası alacaq. Həmçinin, qadın qətllərinə görə məhkum olanlar üçün həbsdə əlavə üstünlüklər məhdudlaşdırılır, zorakılığa qarşı maarifləndirmə və təhsil fəaliyyətləri gücləndirilir.
İtaliya mediasının məlumatına görə, ötən il ölkədə 113 qadın qətlinə yol verilib.
Medianews.az