“Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən hazırlanmış Ukrayna münaqişəsinin nizamlanması planını danışıqlar üçün yaxşı əsas hesab edir”.
Medianews.az xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.
"Plan işləkdir. Vladimir Vladimiroviç (Putin) etiraf edir ki, bu, danışıqlar üçün yaxşı əsasdır", - o qeyd edib.
Lukaşenkonun sözlərinə görə, sülh planının bu variantı yekun deyil. Belarus lideri vurğulayıb ki, sənəd tələsik hazırlanıb və qeyri-müəyyən şərhlərə yol verməmək üçün yekunlaşdırılmalı və son təfərrüatlarına qədər hərflərlə yazılmalıdır.
Medianews.az