Medianews.az
Putinin səsi niyə dəyişib? -
76 baxış

Putinin səsi niyə dəyişib? - VİDEO

Kreml Putinin dəyişən səsinə aydınlıq gətirib.

Medianews.az TASS-a istinadla xəbər verir ki, Vladimir Putinin Bişkekə səfəri zamanı Qırğızıstan prezidenti Sadık Japarovla apardığı danışıqlarda səs tonunun dəyişməsi (batması) diqqəti cəlb edib.

Rusiya prezidenti danışıqlarında səsi onun normal səs tonundan daha qalın olub.

Kremlin mətbuat katibi Dmitri Peskov Putinin səsində müşahidə olunan dəyişikliyi “adi bir hal kimi” qiymətləndirib.

Peskov deyib ki, “Səs bir az batıb, bu, bəzən olur.”

Bundan əvvəl Putin illik tibbi müayinədən keçdiyini bildirmişdi. Müayinə demək olar ki, 2 sutka davam edib və Prezident həmin gecələrdən birini tibbi müəssisədə keçirməli olub.

Bizə qoşulun