Medianews.az
Putinin dediklərindən hansı qənaətlər çıxır? -
150 baxış

Putinin dediklərindən hansı qənaətlər çıxır? - Professor

“Putinin dünənki 4-5 saatlıq çıxışından və sual-cavablardan bir neçə qənaətə gəlmək olar”. Professor, əməkdar jurnalist Qulu Məhərrəmli Medianews.az-a açıqlamasında belə deyib.

Qulu Məhərrəmlinin fikrincə, əsas qənaətlər bunlardır:

  1. Ukrayna ilə heç bir sülh danışığı, güzəşt və saziş olmayacaq.
  2. Ukrayna müharibəsini udsa, Putin SSRİ-ni bərpa etməyə çalışacaq.
  3. Putinin ABŞ Prezidenti Donald Trampla qəti anlaşması və əminliyi var ki, NATO Rusiyaya qarşı vuruşmayacaq, ABŞ Avropanı tək qoyacaq.
  4. Rusiyanın Qərbdəki pullarının Ukraynaya verilməsinin (Avropa ilə) haqq-hesabını çəkəcək.

Q.Məhərrəmli vurğulayıb ki, başqa qənaətlər də söyləmək olar: “Amma əsas nəticə budur ki, bu gün Putin Rusiyası dünyada sülh və dinc yaşayış üçün ən böyük təhlükədir!”

Medianews.az

Bizə qoşulun