Medianews.az
Putindən bu ölkə ilə bağlı
39 baxış

Putindən bu ölkə ilə bağlı MÜHÜM QƏRAR

Rusiya prezidenti Vladimir Putin Çin vətəndaşlarının Rusiyaya 30 günə qədər vizasız səyahət etməsinə icazə verən fərman imzalayıb.

Medianews.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, fərmana əsasən, turistlər, işgüzar səfər edənlər, akademiklər, sənətçilər və idmançılar üçün 30 günə qədər vizasız səyahət mümkün olacaq.

Lakin fərman çinli miqrant işçilərə, uzunmüddətli tələbələrə və ya logistika, nəqliyyat sektorlarında çalışanlara şamil edilməyəcək.

Məlumata görə, bu addım Pekinin bir neçə kateqoriyalı Rusiya vətəndaşlarına Çinə vizasız giriş vermək qərarına cavab olaraq həyata keçirilib. Fərman 14 sentyabr 2026-cı ilə qədər qüvvədə olacaq.

Qeyd edək ki, rəsmi Pekin sentyabr ayında Rusiya vətəndaşlarının bir il müddətinə 30 günə qədər Çinə vizasız səyahət etməsinə icazə verəcəyini açıqlamışdı.(Publika.az)

Bizə qoşulun