Medianews.az
Putin SSRİ-ni bərpa etmək istəyir? -
47 baxış

Putin SSRİ-ni bərpa etmək istəyir? - ÖZÜ AÇIQLADI

"SSRİ-nin bərpası mümkün deyil, Rusiyanın belə bir məqsədi yoxdur".
 
Bunu Rusiya Prezidenti Vladimir Putin "India Today" telekanalına müsahibəsində SSRİ-ni bərpa etməyə can atıb-atmaması barədə sualı cavablandırarkən deyib.
 
"Xeyr, əlbəttə ki, yox. Mümkün deyil. Sadəcə olaraq mənasızdır. Burada həm də rasional yanaşma məsələsi var. Mövcud şəraitdə bunun mənası yoxdur, çünki bu, Rusiya Federasiyasının milli və dini tərkibini kəskin şəkildə dəyişər", - deyə o bildirib.
 
/Oxu.az

Bizə qoşulun