Fransalı PSJ futbolçusu Uorren Zaire-Emeri klubun rusiyalı qapıçısı Matvey Safonovun oyununu yüksək qiymətləndirib.
Medianews.az xəbər verir ki, onun sözlərini “Le Parisien” sitat gətirib.
Zaire-Emery deyib: "Matvey komandaya çox yaxşı uyğunlaşıb, fransız dilini tez öyrənib və həmişə əlindən gələni edir. Bizə lazım olan oyunçular bunlardır".
O, əlavə edib ki, Safonov hazır idi və ən yaxşı keyfiyyətlərini göstərmək üçün anı gözləyirdi.
17 dekabrda Safonov Braziliyanın "Flamengo" komandasına qarşı oyunda ardıcıl dörd penalti zərbəsini dəf edib və bununla da PSJ-yə Qitələrarası Kubokun qalibiyyətini qazandırıb. Əsas vaxt və əlavə vaxt 1-1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında rusiyalı beş braziliyalı zərbədən dördünü dəf edib.
Medianews.az