Medianews.az
Prezident İlham Əliyevin ordenləri
200 baxış

Prezident İlham Əliyevin ordenləri

Bu gün 64 yaşı tamam olan Prezident İlham Əliyev Azərbaycanın ən yüksək təltifi olan “Heydər Əliyev” ordeni laureatıdır.

Medianews.az dövlət başçısının aldığı başqa ordenlərin siyahısına da nəzər salıb:

Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni

Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni

Türk Dünyasının Ali Ordeni

Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni

Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni

Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni

Rumıniyanın “Rumıniya Ulduzu” ordeni

Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı

Rumıniyanın “Sadiq Xidmət” milli ordeni

Bolqarıstan Respublikasının “Stara Planina” ordeni

“Serbiya Respublikasının lentli Ordeni”

Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi

Ukraynanın I dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni

Ukraynanın “Azadlıq” ordeni

Belarusun “Xalqlar dostluğu” ordeni

Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni

Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni

Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni

Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni

Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni

Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni.

1961-ci il dekabrın 24-də Bakıda doğulan İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və həmin təhsil ocağının aspiranturasını bitirib, orada dərs deyib. Tarix elmləri namizədidir.

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti postlarını tutub.

1995 və 2000-ci illərdə Milli Məclisin üzvü seçilib.

Yeni Azərbaycan Partiyası sədrinin müavini, sədrin birinci müavini olub. 2005-ci ildən partiyanın sədridir.

2003-cü il avqustun 4-də Baş nazir təyin olunub.

2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də və 2024-cü il fevralın 7-də ölkə Prezidenti seçilib.

Medianews.az

Bizə qoşulun