"Latsio"nun müdafiəçisi Nuno Tavares karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, "Əl-İttihad" portuqaliyalı futbolçunu transfer etmək istəyir.
İtaliya klubu Tavaresi satmağın əleyhinə deyil. Onlar 25 yaşlı sol cinah müdafiəçisinin satışından 20-25 milyon avro gəlir əldə etməyi planlaşdırırlar.