Medianews.az
Polis quldurluq edən şəxsləri
100 baxış

Polis quldurluq edən şəxsləri Bakıda saxladı

İsmayıllı rayonunda quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər müştəri qismində mindikləri taksi sürücüsünə xəsarət yetirərək onun nəqliyyat vasitəsini ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Medianews.az-a bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb. 

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubov paytaxt ərazisində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizə qoşulun