ABŞ-da üç uşaq sahibi olan Celina və Joseph Quinones cütlüyü maraq və əyləncə məqsədilə DNA testi etdirməyə qərar verib və nəticədə özlərinin biyoloji olaraq yaxın qohum olduqlarını öyrəniblər.
Medianews.az “Yeni Sabah”-a istinadla xəbər verir ki, bu, ailədə uzun illər gizlədilmiş böyük bir sirrin meydana çıxmasına səbəb olub.
Məlum olub ki, Josephin nənəsi əslində uşaqlıqdan övladlığa götürülüb. Bu da ailənin münasibətləri başlayana qədər onların qan əlaqəsindən xəbərsiz olmalarına səbəb olub.
Celina test nəticəsini öyrəndikdə böyük sarsıntı keçirdiyini və evliliyi davam etdirib-etdirməyəcəyini düşünməyə başladığını deyib.
Buna baxmayaraq, cütlük üç övladını və 17 illik evliliklərini önə çıxararaq bir-birlərindən ayrılmamağa qərar verib.
Bu səbəbdən Celina və Joseph oxşar vəziyyətdə olan ailə cütlüklərinə dəstək olmaq üçün xeyriyyə fondu yaradıblar və genetik sürprizlərin ailə institutunu dağıtmamalı olduğunu vurğulayaraq evliliklərini davam etdirirlər.