Dəyəri 1 milyon dollardan çox olan “Qadın başı” adlı rəsm əsəri xeyriyyə məqsədli püşkatma ilə cəmi 100 avroya satılıb. Əsərin yeni sahibi nəticəni öyrənəndə əvvəlcə bunun dələduzluq olduğunu düşünüb.
Medianews.az xəbər verir ki, dünyaca məşhur rəssam, heykəltəraş Pablo Pikassonun 1941-ci ildə çəkdiyi əsər “100 avroya 1 Pikasso” adlı kampaniya çərçivəsində sahibini tapıb.
Ümumilikdə 100 avroluq 120 min biletin satışa çıxarıldığı kampaniyadan əldə edilən gəlir Avropada Altsheymer xəstəliyi ilə bağlı klinik araşdırmalar aparan fonda bağışlanacaq.
Püşkatmanın qalibi Parisdə yaşayan rəsm həvəskarı Ari Hodara olub. O, nəticəni eşidəndə əvvəlcə inanmayıb, lakin təşkilatçının canlı yayım zamanı video zəngi bunun yalan olmadığını təsdiqlənib.
Məlumata görə, kampaniya artıq üçüncü dəfə təşkil olunur və əvvəlki gəlirlər müxtəlif sosial layihələrə sərf edilib.
Medianews.az