Medianews.az
Pezeşkian administrasiyası ilə fars mollla rejimi arasında ziddiyyət –
173 baxış

Pezeşkian administrasiyası ilə fars mollla rejimi arasında ziddiyyət – Zəngəzur məsələsi

İranın ali dini rəhbəri Xameneinin müşaviri Vilayəti İranın Zəngəzur dəhlizinə qarşı olduğunu növbəti dəfə tirajlayıb. Ümumiyyətlə, Azərbaycanla bağlı olan hər hansı bir məsələyə Tehranın fars mollla rejimi belə ağrılı yanaşır və sərt mövqe sərgiləməyə çalışır. Başqa sözlə, rəsmi Tehran hər zaman Azərbaycanla əlaqədar layihələri bloklamağa çalışır. Zəngəzur dəhlizi ilə bağlı məsələdə də bunu görürük.

İran Bəndər-Abbas Limanı vasitəsilə Avropa və Aralıq dənizinə çıxış əldə etməyi hədəfləyir. Bununla da Şərq-Qərb marşrutu üzərində aparıcı qurum kimi qalmaq istəyir. Ona görə də rəsmi Tehranın mühafizəkar rejimi bu məsələlərin əleyhinə çıxır.

Tehranın mühafizəkar fars mollla rejiminin Zəngəzur dəhlizinə qarşı olduğunu növbəti dəfə dilə gətirməsi, bunun İranla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması üçün təşəbbüslərin fəalllaşdığı dövrə təsadüf etməsi diqqətçəkən məqamdır. Bu açıqlama adıçəkilən məsələyə münasibətdə İranın siyasi elitası daxilində Pezeşkian administrasiyası ilə fars mollla rejimi arasında ziddiyyətlərin təzahürü də sayıla bilər.

Belə ki, Pezeşkian administrasiyası bir tərəfdən İranla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində səy göstərir. Digər tərəfdən isə Zəngəzur dəhlizini (“Tramp marşrutu”nu) İranın həyati maraqlarına zidd hesab etmədiyini ifadə edir, dolayısı ilə həmin dəhlizin imkanlarından İranın da yararlanmasına nail olmaq üçün diplomatik fəallığını artırır. Məhz bir neçə gün əvvəl İranın xarici işlər naziri Əraqçının Azərbaycana səfəri də bu diplomatik fəallıq kontekstində nəzərdən keçirilməlidir. Bu səfər regionda mövcud geosiyasi reallıqlar şəraitində Azərbaycanın real gücünün daha da artdığını, regional layihələrdə İranın maraqlarının nəzərə alınması və dəhlizin imkanlarından yararlanması üçün ilk növbədə Azərbaycanla müzakirələrin labüdlüyünün Pezeşkian administrasiyası tərəfindən etiraf olunduğunu göstərir.

Vilayətinin açıqlamalarının Pezeşkian administrasiyasının bu mövqeyinə qarşı olduğu şübhəsizdir. Görünür İranın mühafizəkar fars molla rejimi Zəngəzur dəhlizinə qarşı Rusiya ilə birlikdə hərəkət etmək, Azərbaycanla münasibətlərin normallaşmasına mane olmaq, daxildə isə Pezeşkian administrasiyasına təzyiqləri gücləndirmək niyyətindədir.

Diqqətçəkən məqamlardan biri də bundan ibarətdir ki, mühafizəkar fars molla rejiminin “qırmızı xətt” elan etdiyi Ermənistan dəhliz məsələsində Azərbaycan, Türkiyə və ABŞ-la demək olar ki, eyni mövqeni bölüşür.

Görünən odur ki, Tehranın mühafizəkar fars mollla rejiminin nümayəndələrinin bu kimi aşıqlamaları regionda geosiyasi balansı dəyişmək və Zəngəzur dəhlizi ilə bağlı proseslərin gedişinə təsir göstərmək gücündə deyil, indiki vəziyyətdə artıq İranın bu prosesə qarşı çıxmaq imkanı və ya rıçaqları yoxdur. Gec-tez Zəngəzur dəhlizi açılacaq, mühafizəkar rejim isə İranı isə prosesdən kənarda qoyacaq.

Qulamhüseyn Əlibəyli

Bizə qoşulun