Medianews.az
Pensiya alanlara şad xəbər -
335 baxış

Pensiya alanlara şad xəbər - Gələn ildən...

“Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdən biri olaraq qalır”.

Medianews.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

O bildirib ki, özəl pensiya fondlarının yaradılması, sığorta–pensiya münasibətlərinin tənzimlənməsi və sistemin dayanıqlılığının artırılması vacib istiqamətlər kimi müəyyən edilib:

“Gözlənilir ki, yaxın illərdə bu sahədə konkret addımlar atılacaq. Bu, pensiya sisteminin daha effektiv şəkildə fəaliyyət göstərməsinə imkan verəcək. Pensiya sahəsində planlaşdırılan strategiyalar daha uzunmüddətli dövr üçün nəzərdə tutulub. Gələcəkdə qəbul ediləcək qərarlarda ölkə əhalisinin yaş strukturu, əmək bazarındakı dinamika və sığorta ödənişlərinin həcmi kimi amillər əsas götürüləcək”.

Onun sözlərinə görə, hazırda diqqət mərkəzində olan əsas məsələ isə özəl pensiya fondlarının formalaşdırılması və pensiya-sığorta sisteminin institusional gücləndirilməsidir:

“Bu istiqamətdə gələn ildən etibarən müəyyən islahatların həyata keçirilməsi gözlənilir. 

Sözsüz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi mövcud fiskal imkanları və demoqrafik göstəriciləri nəzərə alaraq bu sahədə planlama və sistemləşdirmə işlərini davam etdirir”.

Bizə qoşulun