Medianews.az
Pasinyanın siyahısındakı
116 baxış

Pasinyanın siyahısındakı Həsənov kimdir?

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının 2026-cı il parlament seçkiləri üçün tərtib etdiyi namizədlər siyahısında milli azlıq nümayəndəsi kimi Knyaz Həsənov adlı şəxsin adı da yer alıb.

Bəs Knyaz Həsənov kimdir?

Musavat.com xəbər verir ki, Knyaz Həsənov milliyyətcə yezidi kürddür və Ermənistan yezidi Kürd İcmasının rəhbəridir.

Hazırda Ermənistan parlamentinin deputatı olan bu şəxs Azərbaycana, Türkiyəyə qarşı qatı düşmən mövqeyi ilə tanınır.

O, parlamentdə, efirlərdə, xarici səfərlərdə dəfələrlə Azərbaycanı və Türkiyəni “erməni soyqırımı” aparmaqda ittiham edib. 2020-ci ildə parlamentdə çıxışında Azərbaycanı və Türkiyəni erməni və kürd xalqının qatı düşməni adlandırıb və ermənilərlə kürdləri “vahid düşmənə” qarşı birləşərək amansız mübarizəyə səsləyib.

80 yaşlı Knyaz Həsənov Qarabağ erməni işğalı altında olduğu illərdə dəfələrlə oraya səfərlər edib və separatçı ermənilərlə görüşlər keçirib, separatizmə açıq dəstək verib. Onun 1990-cı illərdə Azərbaycanın rayonlarının işğalı əməliyyatlarına, xüsusən də Kəlbəcərin işğalı əməliyyatına yezidi kürdlərdən ibarət silahlı dəstələri təşkil edib göndərdiyi də bildirilir.

Qeyd edək ki, Ermənistan konstitusiyası parlamentdə milli azlıqların məcburi təmsilçiliyini tələb edir. Hazırkı çağırış parlamentdə Ermənistanın 4 milli azlığından nümayəndələr var və onların üçü “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləridir.

Bizə qoşulun