Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə Paşinyan arasında ayrı və ikitərəfli görüşün keçirilməsi planlaşdırılır. Görüşün gündəliyi açıqlanmasa da, regional proseslər və Ermənistan–Rusiya münasibətləri fonunda bu təmas xüsusi diqqət çəkir.
Qeyd edək ki, söhbət Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi sammitindən gedir və bu format adətən kulis danışıqları və həssas siyasi mesajların ötürülməsi üçün istifadə olunur.