Medianews.az
Paşinyan məyus olub -
34 baxış

Paşinyan məyus olub - Simonyan vəzifədən gedir

Mülki Müqavilə Partiyasının üzvləri əmindir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan növbəti parlamentə daxil edilməyəcək, çünki o, adi parlament üzvü statusunu qəbul etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Bir müddət əvvəl Vaaqn Xaçatryanın səlahiyyət müddəti bitdikdən sonra və ya vaxtından əvvəl istefa verəcəyi təqdirdə Simonyanın Ermənistan prezidenti vəzifəsinə namizədliyinin nəzərdən keçirildiyi barədə şayiələr yayılmışdı. Lakin görünür, bu məsələ artıq müzakirə olunmur: Ermənistanın Baş naziri Nikol Paşinyan Simonyandan məyus olub və bunun səbəbi qismən onun şəxsi həyatı ilə bağlıdır. Bundan əlavə, baş nazir yeni favoritlər tapıb. Hakim partiya üzvlərinin fikrincə, Simonyan daha on il imtiyazlı statusdan yararlana bilər. Növbədənkənar seçki keçirilməsə və o, iyun ayında səlahiyyət müddətini başa vursa, qanuna görə, Simonyan dövlətin himayəsində olacaq, on il ərzində parlament sədrinin bütün imtiyazlarından (cangüdənlər, rəsmi avtomobil, mənzil və digər) istifadə edəcək. Simonyan bu imtiyazları məsuliyyət daşıyan istənilən vəzifədən üstün tutardı. Yeri gəlmişkən, Simonyan parlamentdə səlahiyyət müddətini başa vuran ilk spiker olacaq: əvvəlki bütün spikerlərin səlahiyyət müddəti yarımçıq qalıb”, - məlumatda deyilib.

Bizə qoşulun